Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Muğan Bank” investisiya şirkətini yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Muğan Bank” investisiya şirkətini yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Muğan Bank" ASC "Muğan Kapital" ASC şirkətini təsis etməyə qərar verib.

 

Reklam_3_11

"Marja" Bankın yarımillik hesabatına istinadən xəbər verir ki, "Muğan Bank" ASC səhmdarlarının İyun ayında keçirilmiş iclasının mövzusu "Bankın yeni təsis edilmiş "Muğan Kapital" ASC-nin təsisçisi qismində iştirakı barədə" olub. 

 

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyası ilə 9 investisiya şirkəti fəaliyyət göstərir. Palata  Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 10-a çatacaq.

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də törəmə investisiya şirkətinin yaradılması nəzərdə tutulur. 11 oktyabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağının gündəliyinə daxil olan məsələlərdən biri də törəmə investisiya şirkətinin yaradılmasıdır.

 

İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.

 

Əsas və yardımçı investisiya xidmətləri “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi haqqında Qaydalar”  “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” ilə tənzimlənir. İnvestisiya şirkətləri tərəfindən hesabatlarının tərtib və təqdim olunması “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:

- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

- Fərdi investorların portfelinin idarə edilməsi;

- İnvestisiya məsləhətlərinin verilməsi;

- Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

- Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

- Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

- Marja ticarəti.

Yardımçı investisiya xidmətləri (əməliyyatları):

- Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;

- İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;

- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;

- Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;

- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. 

20.09.2019 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ