Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan 400 milyon istifadəçisi olan Çinin 2 onlayn platforması ilə razılşadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 400 milyon istifadəçisi olan Çinin 2 onlayn platforması ilə razılşadı

Pekində (Çin) Azərbaycan Turizm Bürosu (ATB) və ümumilikdə 400 milyon istifadəçisi olan “Ctrip” və “Qyer” () onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə  ATB-dən məlumat verilib.

 

Reklam_3_11

Məlumata görə, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarını ortaq əməkdaşlıqla inkişaf etdirmək və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.

 

İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çinin getmə turizmi üçün böyük potensialı mövcuddur.

 

O diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin avqust ayının sonunadək bu say 17 min nəfər təşkil edib və bu tendensiya artmaqdadır.

 

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 21-dək Çinin Şanxay, Quançjou və Pekin şəhərlərində silsilə təqdimatlar keçirib.

 

"Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən ümumilikdə 250-ə yaxın turizm şirkəti iştirak edib.

 

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

 

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

23.09.2019 08:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ