Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

AYİB “Aztelekom”u yoxlatdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYİB “Aztelekom”u yoxlatdıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Aztelekom” MMC-nin auditini aparmaq üçün "PricewaterhouseCoopers” (PwC) audit şirkətinə 74 min avro pul ödəyəcək. 

 

Reklam_3_11

“Report”un məlumatına görə, 2019-2020-ci illərdə həyata keçiriləcək bu audit yoxlamasının nəticəsi “Aztelekom”un reallaşdıracağı layihənin Bank tərəfindən maliyyələşdirilməsinə təsir edəcək.

 

Məlumatda deyilir ki, bundan əlavə EBRD “Aztelekom” üçün Rusiyadan dəvət edəcəyi konsultanta 50 min avro xərcləyəcək. Belə ki, təchizatçı bu vəsaitin qarşılığında Azərbaycanın mövcud tender qanunvericiliyini araşdıracaq və EBRD-nin təchizatla bağlı tələblərinə uyğun olub-olmamasını yoxlayacaq.

 

Xatırladaq ki, Azərbaycan regionlarının əsas stasionar telefon və internet təchizatçısı olan “Aztelekom” 10 regionda fiber-optik internet şəbəkəsinin yaradılmasını təşkil edəcək. “Aztelekom”dan “Report”a hazırda layihə üzərində iş aparıldığı bildirilib: “Hazırda işlər gedir. Bu səbəbdən də layihənin əhatə dairəsi və investisiya dəyəri haqqında məlumat verə bilmərik. Onu deyə bilərik ki, qeyd edilən regionlar arasında Şirvan, Mingəçevir və Lənkəran kimi iri şəhərlər var”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report 

24.09.2019 13:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ