Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Mərkəzi bankların real böhranla mübarizə üçün alətləri azalıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi bankların real böhranla mübarizə üçün alətləri azalıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Deutsche Bank"ın (Döyçe Bank) İcraçı direktoru Christian Sewing, mərkəzi bankların alətlərinin böyük hissəsini istifadə etdiklərini və qlobal iqtisadi risklərə qarşı alətlərinin azaldığını deyib.
 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, Londonda bir bank konfransında çıxış etmiş Sewing Avropa Mərkəzi Bankı və ABŞ Mərkəzi Bankının real bir iqtisadi böhranın təsirlərini effektiv olaraq azaltmaq üçün ənənəvi alətləri qalmadığını qeyd edərək, "Honq Konqdakı gərginlikdən Orta Şərqə qədər bir sıra maliyyə və geosiyasi risk mövzusunda narahatam. Dünya proqnozlaşdırılması çətin və qeyri-adi bir makroiqtisadi vəziyyətlə qarşı-qarşıyadır, bu da daha çox volatilliyə səbəb olur" açıqlamasını edib.
 

İqtisadiyyatdakı pisləşmə və inflyasiyanın düşməsi səbəbindən aralarında Fed və Avropa Mərkəzi Bankının da olduğu qlobal mərkəzi banklar pul siyasətlərini yumuşaldırlar. 
 

Avropa Mərkəzi Bankı depozit faizini 10 bənd azaldaraq mənfi 0.5%-ə endirmiş, iqtisadiyyatı canlandırmaq üçün yeni bir istiqraz alışı proqramı açıqlamışdı. Sewing, "Çox az iqtisadçı ucuz pulun bu nöqtədə təsirli olacağına inanır", - ifadələrini istifadə edib.

26.09.2019 05:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ