Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Qlobal LNG bazarı 10 ildən sonra 700 milyon tona çatacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qlobal LNG bazarı 10 ildən sonra 700 milyon tona çatacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal mayeləşdirilmiş təbii qaz bazarı aşağı qiymətlər səbəbindən yaxın gələcəkdə sürətlə böyüməyə davam edəcək və 10 ildən sonra 700 milyon ton həcminə çatacaq.

 

Reklam_3_11

 TASS xəbər verir ki, bu barədə Rusiyanın "Novatek" qaz şirkətinin rəhbəri Leonid Mixelson Tokioda açılan LNG istehsalçıları və istehlakçılarının beynəlxalq konfransında bildirib.

 

"Tez-tez təkrarlayırıq ki, LNG istehlakı üzrə analitiklərin hazırkı proqnozları aşağı hədlə göstərilib, onlar da bunu təsdiqləyirlər. Üç il əvvəl bazarın 2030-cu il üçün proqnozlaşdırılan həcmi 470 milyon ton həcmində hesablanırdı. İndi bu göstəricinin 2025-ci ilə əldə olunacağı gözlənilir, 2030-cu ilə üçün proqnoz isə 550 milyon tondur. Hesablamalarımıza görə, 10 ildən sonra LNG bazarı 700 milyon tona həcminə qədər artacaq", - o deyib.

 

L.Mixelsenin sözlərinə görə, bu tendensiya səbəbindən qlobal şirkətlər LNG sahəsində aktivlərini artırır. 

 

"Qazın ekoloji üstünlüyü artımda mühüm rola malikdir. Buna Rusiyada, Yaponiyada və bütün dünyada çox diqqət yetirilir", - şirkət rəhbəri söyləyib.

 

Qeyd edək ki, 2018-ci ilin yekunlarına əsasən, müxtəlif mənbələrə görə, LNG bazarı, təxminən, 315 milyon ton olaraq qiymətləndirilirdi.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

26.09.2019 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ