Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazirlər Kabineti büdcələri bəyəndi - PREZİDENTƏ TƏQDİM EDİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlər Kabineti büdcələri bəyəndi - PREZİDENTƏ TƏQDİM EDİLƏCƏK

Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal  büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və  gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və  proqnoz göstəriciləri haqqında" qərarını açıqlayıb.

 

Qərara əsasən,  “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal  büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və  gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz  göstəriciləri” bəyənilib.

 

Qərarda qeyd edilib ki, büdcə layihələri “Büdcə  sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan  Respublikasının Prezidentinə təqdim edilsin.

 

Xəbər verdiyimiz kimi, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. 

 

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

 

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.

 

HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu

 

27.09.2019 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ