Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Dollar Fed-in pul bazarı addımları ilə 1 ilin ən aşağı səviyyəsinə düşə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollar Fed-in pul bazarı addımları ilə 1 ilin ən aşağı səviyyəsinə düşə bilər"

 "Morgan Stanley"in valyuta strateqi Fed-in valyuta bazarını rahatlaşdırmaq üçün atdığı addımların Dollar İndeksinin bir ildən uzun bir müddətin ən aşağı səviyyəsinə düşməsinə səbəb olacağını deyib
 

"Morgan Stanley"in valyuta strateqi e-poçt vasitəsilə müştərilərə göndərdiyi analizdə, Fed-in ABŞ pul bazarlarında sakitliyi təmin etmək üçün xəzinə istiqrazı alışlarını davam etdirməsi çağırışlarını nəzərə alması halında, Dolların, bir ildən uzun bir müddətdən öncə görülən səviyyələrə geriləyəcəyini bildirib. 
 

"Morgan Stanley"in qlobal meneceri Hans Redeker, "Mərkəzi bankın istiqraz alışları ehtiyatlara 250 milyard dollar əlavə etməsi vəziyyətində ABŞ Dolları İndeksi Yanvara qədər 95-ə, gələn ilin sonuna qədər 91-ə geriləyə bilər",- deyib. 
 

Dollar İndeksi (DXY) saat 11:30-da 99.26 səviyyəsində olub.
 
 
Redeker,  "Ehtiyat yüksələrkən dollar düşür. Bu münasibət 2014-dən bəri sabit idi",- deyib. O, dolların bazardakı dollar təklifindəki artıma görə təzyiqlə qarşı-qarşıya olduğunu əlavə edib. 

 

Fed-in 200 milyar dollar ilə 500 milyar dolar arasında istiqrazlar alaraq dövriyyəyə əlavə Dollar kütləsi buraxacağı gözlənilir.

27.09.2019 10:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ