Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bankların əmlakını satmağa hazırlaşırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bankların  əmlakını satmağa hazırlaşırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının əmlakını satmağa hazırlaşır.

Reklam_3_11

 

Bu barədə açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

 

Onun sözlərinə görə, əmlaklar hərrac yolu ilə satılacağından hərracın keçirilmə qaydaları hazırlanıb və hazırda onlar ADIF-in Himayəçilər Şurasında müzakirə edilir: “Bu qaydalarda hərracda iştirak etmək üçün neçə gün əvvəlcədən müraciət edilməsi, nə qədər beh ödənilməsi və s. məqamlar əksini tapıb”.

 

A.Cavadov qeyd edib ki, artıq bağlanmış bankların əmlakının inventarlaşması başa çatıb və onların qiymətləndirilməsi işləri davam etdirilir: “Banklara məxsus daşınmaz əmlakların qiymətləndirilməsini artıq başa çatdırmışıq, daşınar əmlakların (avtomobillər, bankomatlar, kompüterlər, mebel və s.) isə qiymətləndirilməsi hələ yekunlaşmayıb. Yəqin ki, yaxın 1 ay ərzində bu proses başa çatacaq”.

 

Onun sözlərinə görə, əmlakların hərrac yolu ilə satışı məhkəmə qərarı əsasında, ləğvetmədə olan banklarda yaradılmış Kreditor Komitələrinin iştirakı ilə həyata keçiriləcək.

 

© Report

27.03.2017 15:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ