Mərkəzi Bank altı aylıq notlarını hərraca çıxaracaq

4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli – altı aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

 

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Dövlət qeydiyyat №-si

50302576S

Hərraca çıxarılan həcm

30 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 168 gün

Ödəmə tarixi

                                    23.03.2020

Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Hər bir üzv tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

 

30 Sentyabr 2019 , 16:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin