Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın iştirakının qarşısını alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Vanda keçirilən sərgidə Ermənistanın iştirakının qarşısını alıb

Sentyabrın 26-29-da Türkiyənin Van şəhərində keçirilən “X Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə Azərbaycan ilk dəfə təmsil olunub.

 

Sərgidə ölkəmizi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan MR-nın Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti “Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

 

Tədbirdə Ermənistanın saxta, oğurluq mədəniyyəti ilə təmsil olunmasının qarşısı nümayəndə heyətimiz tərəfindən alınıb.

 

On altı ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı, 52 kvadrat metrlik stendimiz və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini xüsusilə cəlb edib. 

 

Qeyd edək ki, stenddə Naxçıvanda yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin, yerli Turizm Departamentinin hazırladığı Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və muxtar respublikanın turistik xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Həmçinin "Sirab", "Badamlı", yerli duz və digər Naxçıvan brendli məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

30.09.2019 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ