Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlin sonunadək “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin edəiləcək.

 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hazırda “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin  optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq. Qeyd edək ki, layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.

 

Eyni zamanda “AzEuroTel” telekommunikasiya operatorunun xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək “AzEuroTel” MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.

 

Məlumat üçün bildirək ki, hazırda Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, paytaxtın Yasamal, Xətai və Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.

 

Qeyd edək ki, “Evədək optika” layihəsi “GPON (Gigabit Passive Optical Network)” texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan “Baktelecom” abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni “1 xətt 3 xidmət” paketinə qoşulmasına imkan yaradır.

01.10.2019 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ