Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SpaceX yeni kosmik gəmisini təqdim etdi - İnsanları Ay və Marsa aparacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SpaceX yeni kosmik gəmisini təqdim etdi - İnsanları Ay və Marsa aparacaq

Elon Muskın başçılığı ilə SpaceX şirkətinin istehsal etdiyi Starship kosmik gəmisi 2020-ci ilin ilk yarısında insanları Ay və Marsa aparacaq.

 

Daha öncə Tesla maşınını Marsa göndərən Elon Musk bu dəfə insanları Aya və Marsa göndərmək üçün yeni layihə üzərində çalışır. Elon Musk 28 sentyabrda keçirilən təqdimat zamanı yeni kosmik gəmisinin – Starship-in 6 ay sonra kosmosa göndəriləcəyini açıqlamışdır. Musk həmçinin inanılmaz səslənsə də, hətta 6 aydan da tez bir zamanda bu işi həyata keçirməyi planladıqlarını bildirmişdir.

 

Uzunluğu 50 m, diametri 9 m olan Starship kosmik gəmisi təqribən 150 ton yük dayışa biləcək.

Starship gəmisinin kosmosa Super Heavy adlı roketlə göndərilməsi planlaşdırılır. Sözügedən roketin uzunluğu 68 m, diametri isə 9 m olacaq. 

 

Elon Musk təqdimat sırasında mühərriklərin sayından da söz etmişdir. Belə ki, Super Heavy roketində şirkətin 2019-cu ilin əvvəllərində istrehsal etdiyi Raptor mühərrikləri yer alacaq. Hələ ki mühərrik sayı təqribən 37 olaraq göstərilsə də Musk texniki tapşırığa əsasən bu rəqəmin dəyişə biləcəyini qeyd etmişdir. 

 

SpaceX şirkəti paralel olaraq NASA üçün Crew Dragon adlı kosmik gəmi inşa edir. Baş verən texniki nasazlıqlar səbəbi ilə bu layihə dəfələrlə təxirə salınıb. 

 

NASA idarəçisi Cim Bridenstinin Twitterdə paylaşımı iki layihə arasında gərginlyin yaranmasına səbəb olub. Cim Starship gəmisinin təqdimatını səbrsizliklə gözlədiyini, lakin Crew Dragon layihəsinin təqdim edilən plandan geridə qaldığını bildirib. 

Elon Musk isə etdiyi açıqlamada bildirib ki, şirkətin yalnız 5% işçisi Starship layihəsi üzərində çalışır. Hətta SpaceX əməkdaşlarının böyük bir qismi  Falcon və Dragon, xüsusilə də Crew Dragon layihəsinə diqqət ayırırlar.

 

Təqdimat zamanı SpaceX şirkətinin daha öncə həyata keçən layihələrindən ibarət videoçarx da nümayiş etdirilib. İndiyə qədər 78 təqdimat keçirən şirkət bu rəqəmi artırmağı hədəfləyib. 

 

Sözügedən təqtimatı izləmək üçün linkə keçid edə bilərsiniz: Starship kosmik gəmisinin təqdimatı

 


“Marja.az” bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim etdi.

01.10.2019 14:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ