Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Neftin qiymətilə əlaqədar dövlət büdcəsinə düzəlişlər edilə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin qiymətilə əlaqədar dövlət büdcəsinə düzəlişlər edilə bilər"

Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilə bilər.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 

Z.Səmədzadə bildirib ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub:

 

"Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana çıxacaq”.

 

Z.Səmədzadə əlavə edib ki, parlamentdə dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə may ayında baxıla bilər.

 

Maliyyə Nazirliyindən isə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda gündəlikdə deyil.

 

Qurumdan onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin büdcədə göstəriləndən yüksək olması faktı Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.

 

© Trend 

28.03.2017 07:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ