Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“MilliKart” Prosessinq Mərkəzi 13 yaşını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MilliKart” Prosessinq Mərkəzi 13 yaşını qeyd edir

(®) Ölkədə sağlam rəqabət mühitinin yaradılması və nağdsız hesablaşmaların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq istismara verilmiş və 02 oktyabr 2006-cı il tarixindən etibarən “MilliKart” Prosessinq Mərkəzi fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirmişdir.

 

Reklam_3_11

Yarandığı andan bu günə kimi fəaliyyətinin bir neçə fundamental istiqamətlərində özünü ciddi və etibarlı bazar iştirakçısı kimi sübut edərək, “MilliKart13 il ərzində bir çox uğurlu layihələrə imza atmışdır.

 

MilliKart” “VISA”, “Mastercard” və “Union Pay” beynəlxalq kart təşkilatlarının tam üzvüdür. Kart və ödəmə texnologiyaları, həmçinin informasiya texnologiyaları sahəsində regionumuzun ən sürətlə inkişaf edən şirkətlərindən biri olmaqla, respublikamızın böyük pərakəndə və korporativ banklarına, “Azərpoçt” MMC-nə, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, ödəmə platformalarına və çoxsaylı internet mağazalara xidmət göstərir.

 

Azərbaycan Respublikası Prezidentinin 26 Sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı əsas tutaraq, “MilliKart” rəqəmsal transformasiya mərhələsini uğurla həyata keçirir. Son dövrlər ərzində bu istiqamətdə “MilliKart” tərəfindən bazar iştirakçılarına bir çox yeni xidmət və məhsullar təqdim edilmiş və hazırda rəqamsal dünyanın standartlarına cavab verən yeni layihələrin icrasına start verilmişdir.

 

“MilliKart” Prosessinq Mərkəzinin nizamnamə kapitalında iştirak edən bank və təşkilatlar: “Urbis Holding İnc.”, “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “Para BOKT” MMC, “AtaBank” ASC, “UniBank” KB ASC, “Texnikabank” ASC, “Amrahbank” ASC, “Bank Standard” KB QSC, “KredoBank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “AccessBank” QSC, ASC “Xalq” Bankı, “Zaminbank” ASC.

02.10.2019 10:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ