Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 2 sahədə 600 min unsiya qızıl ehtiyatı olduğu hesablandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 2 sahədə 600 min unsiya qızıl ehtiyatı olduğu hesablandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir.

 

QSC-dən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir. 

 

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılmışdır. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

 

"Hal-hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

 

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaqdır. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcəkdir",- QSC-nin məlumatında deyilir.      

02.10.2019 13:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ