Azərbaycanın reklam agentliyi beynəlxalq festivalda 4 mükafat qazandı!

Azərbaycan marketinq sahəsində fəaliyyət göstərən “Endorphin” reklam agentliyi beynəlxalq “Red Jolbors” festivalında 4 mükafat birdən qazanıb.

 

“Endorphin” reklam agentliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir kiRed Jolbors” Mərkəzi Asiyada keçirilən kommunikasiya festivalıdır. Builki təbdir Qazaxıstanın Almatı şəhərində keçirilib. Festivada sahəsinin peşəkarları və entuziastları həm işlərini təqdim edir, həm də müxtəlif kateqoriyalar üzrə bölgənin ən seçilən işlərini dəyərləndirirlər. “Kampaniyalar”, “Digital”, “PR”, “Brendinq”, “Marketinq proyektləri”, “Konsept” və başqa kateqoriyalarda il ərzində yaddaqalan reklam işlərini mükafatlandırırlar.

 

“Endorphin” reklam agentliyinin “İtirdiyimiz Qızlar” və “Dünya Sağlığına Günü” kampaniyaları müxtəlif kateqoriyalarda mübarizə aparıb. Selektiv abortlara diqqət çəkən “İtirdiyimiz Qızlar” kampaniyası “PR” kateqoriyasında qızıl,  “Digital” və “Kampaniyalar” kateqoriyası üzrə isə bürünc mükafata layiq görülüb. “Dünya Sağlığına Günü” kampaniyası isə “Digital” kateqoriyasında daha bir bürüncü əldə edib.

 

Ümumilikdə “Endorphin” reklam agentliyi festivalda bir qızıl və üç bürünc qazanıb.

 

Missing Girls: https://vimeo.com/332699515
Fake Cheers Day: https://vimeo.com/315282461

 

3 Oktyabr 2019 , 10:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin