Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maaş kartlarının sayında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaş kartlarının sayında böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 8 ayı ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 142 min ədəd artıb, kredit kartlarının sayı isə 89 min ədəd azalıb.


 

2019-cu ilin Avqust ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 209 min ədəd təşkil edib.

 

"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, İyul ayının sonu ilə müqayisədə Avqustda cəmi ödəniş kartlarının sayı 77 min ədəd artıb.

 

Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd təşkil etmişdi.

 

İyul ayı ilə müqayisədə Avqustda sosial kartların sayı 39 min ədəd artaraq 2 milyon 693 min ədədə, əməkhaqqı kartlarının sayı 25 min ədəd artaraq 2 milyon 182 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 21 min ədəd artaraq 1 milyon 563 min ədədə çatıb, kredit kartlarının sayı isə 8 min ədəd azalaraq 771 min ədədə düşüb. İyulda kredit kartlarının sayı 18 min ədəd azalmışdı.

  

2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-avqust ayları ərzində (8 ayda) cəmi ödəniş kartlarının sayı 698 min ədəd, o cümlədən sosial kartların sayı 171 min ədəd, əmək haqqı kartlarının sayı 142 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 474 min ədəd artıb. Kredit kartlarının sayı isə 89 min ədəd azalıb.

 

03.10.2019 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ