Manat azı 4 il neft dollarlarına bağlı olacaq
4 ilə qeyri-neft ixracımız 3 milyard dollara çatacaq
2023-cü ildə Azərbaycanın qeyri-neft ixracının 3 milyard ABŞ dolları ötəcəyi gözlənilir. Bu məbləğ, Mərkəzi Bankda keçirilən valyuta hərraclarında satılan illik vəsaitdən də azdır. Məsələn, 2019-cu ilin 9 ayı ərzində Dövlət Neft Fondu tərəfindən 4 milyard 512 milyon 850 min dollar məbləğində vəsait satılıb.
“Marja” xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir”,- rəsmi mətbuata müsahibəsində bildirib.
Şahin Mustafayev Rusiya ilə ticarət əməkdaşlığına dair bildirib ki, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib: “Bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır”.
İXRACIN 90%-DƏN ÇOXU NEFT VƏ QAZ İLƏ BAĞLIDIR
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust ayında Azərbaycanın ixracının dəyəri 13 milyard 520 milyon dollar təşkil edib. İxracın 10 milyard 458 milyon dollarını və ya 77,4%-ni xam neft, 1 milyard 421 milyon dollarını və ya 10.5%-ni təbi qaz, 335 milyon dollarını və ya 2,5%-ni neft məhsulları təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 milyard 133 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
14 saat əvvəl
“Azər Türk Bank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdi
-
17 saat əvvəl
“MJ Financial Services BOKT”ın Müşahidə Şurasının sədri və üzvləri təyin olunub
-
17 saat əvvəl
Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Nazir Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olub, milyonluq layihələr ilə tanış olub
-
19 saat əvvəl
"Fitch": Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
-
19 saat əvvəl
"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq
-
19 saat əvvəl
"Fitch": "Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək
- 19 saat əvvəl