Nazir Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında olub, milyonluq layihələr ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq regionlarda da sahibkarlarla görüşlər keçirir.Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, müəssisələrlə keçirilən görüşdə Nazirliyin struktur bölmələrinin rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları da iştirak edib.
Aqroparkın rezidenti “ISFA” MMC tərəfindən 20 ha ərazidə meyvə bağının qurulması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1.1 mln. manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir.
“Azerbaijan Company for Poultry Development” MMC-nin illik istehsal gücü 20 mln. ədəd damazlıq yumurta istehsalı layihəsi ilə tanış olunub. Layihənin reallaşdırılması ilə 27.1 mln. manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilib ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 ha ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 ha sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.
Aqropark üzrə 1939 ha sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52 mln. manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29 mln. manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.
Yevlax Pilot Aqroparkına baxış çərçivəsində Harvard Universitetinin eksperləri ilə ölkəmizdə yaradılmış sənaye parklarının potensialı, alternativ enerji ilə bağlı layihələr və ekoparkların yaradılması imkanları müzakirə olunub. Ekspertlər ölkəmizə səfər çərçivəsində yaradılmış sənaye parklarının fəaliyyəti ilə də tanış olacaqlar.
Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Gəncə və ətraf regionların sahibkarları ilə də görüş keçiriləcək.
Müştərilərin xəbərləri
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
-
-
10 saat əvvəl
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borclanır – İnvestorlara 7% ödəyəcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
-
14 saat əvvəl
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda armatur istehsalı 14 faizdən çox artıb
SOCAR bu ölkədə yeni yanacaqdoldurma məntəqələri tikəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni turizm kompleksi – “Nəsimi Bağları” istifadəyə verildi
Ən çox oxunanlar
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
“Norm” şirkəti 2025-ci ildə rekord gəlir əldə edib
Göstəricilər pisləşib – Doğum azalır, ölüm artır
Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb - 8 ayda 380 ədədlik geriləmə
Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb





















