Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Kənddəki 5 ulduzlu oteldə niyə şəhər yumurtası yeməliyəm?” - 5 ULDUZLU OTELDƏN ŞİKAYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kənddəki 5 ulduzlu oteldə niyə şəhər yumurtası yeməliyəm?” - 5 ULDUZLU OTELDƏN ŞİKAYƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tanınmış aktyor-aparıcı İlkin Həsəni “Lankaran Springs Wellness Resort” otelindən şikayətçidir. 

 

O, sosial şəbəkədə istirahət mərkəzindən foto paylaşaraq xidmətdən narazı olduğunu bildirib:

 

“Xidmət, mətbəx və qarşılama hələ ki, sıfır. Ümid edirəm, gələcəyə düzələr. Bazar günü səhər saat 6:53-də ərazidəki təmir səslərini qoyuram bir kənara”.

 

İlkin daha sonra sözügedən postda aparılan müzakirəyə qoşulub: “Səhər 7-də qəbul şöbəsinə zəng eləmişəm ki, biz drelin səsindən qaçıb bura gəlmişik, bu nədir, bu nə səsdir? Deyir ki, yəqin məcburiyyət qarşısında iş gedir”.

 

İ. Həsəni daha sonra qidadan da narazı olduğunu qeyd edib: “Niyə Lənkəranın Haftoni kəndində səhər yeməyində şəhər yumurtası yeyəsən?"

 

Bundan əlavə, İlkin “Bu gözəl memarlıq işi üçün əməyi keçən hər kəsə təşəkkürlər, əsla kiminsə işini aşağılamaq istəmirəm, amma məkan özü 5*-dursa bütün sahələri 5* olmalıdır”- deyə vurğulayıb. 

 

Mövzu barədə “Lankaran Springs Wellness Resort”la əlaqə saxlayıb, otelin satış mütəxəssisi Nail Abbasovun münasibətini öyrəndik:

 

“İlkin bəyi oteldə iki dəfə görmüşəm. Hətta salamlaşmışıq da... Ondan soruşdum, söylədim ki, istirahət necədir? Cavab verdi ki, hər şey yaxşıdır, əladır. Şikayətini kaş ki, mənə desəydi. Sosial mediada işıqlandırmamışdan əvvəl bizim işçilərə üz tutardı. Bəlkə o zaman biz İlkin Həsəniyə köməklik göstərəcəkdik. Onunla danışan zaman hər şeyin gözəl olduğunu dedi. Mən yenə də maraqlanaram, çalışıram ki, İlkin bəyin özü ilə əlaqə saxlayım”. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Qafqazinfo”

07.10.2019 11:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ