"Daha çox ləngimə olmadıqca faiz endiriminə ehtiyac yoxdur"
ABŞ Mərkəzi Bankının (Fed) Kanzas Siti (Kansas City) şöbəsinin sədri Esther George, son 2 iclasda faiz endiriminə qarşı çıxdığını, çünki ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu deyib.
"Marja" xəbər verir ki, Denverdəki bir yığıncaqda çıxış etmiş George, iqtisadi artımda sərt bir ləngiməyə dair dəlil yaranarsa, faiz endirimini dəstəkləməyə hazır olduğunu bildirib.
ABŞ iqtisadiyyatının hazırda yaxşı vəziyyətdə olduğunu qeyd edən George, "Mülayim artım, rekord aşağı səviyyədəki işsizlik nisbəti və mötədil inflyasiya olduğu halda siyasətdə dəyişikliyə getməməyin uyğun olacağını düşünürəm" deyib.
Goerge ticarət gərginliyi və zəif qlobal inkişaf kimi bəzi risklər olduğuna da diqqət çəkərək gələcək göstəricilərin iqtisadiyyatda zəifliyə işarə etməsi vəziyyətində faiz endiriminin məqsədəuyğun olduğunu deyib.
Fed sədri Jerome Pauell də Cümə günü çıxışında ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, ancaq bəzi risklərlə qarşı-qarşıya olduğunu bildirmişdi. Pauell bu il daha bir faiz endirimi olub-olmayacağı barədə bir siqnal verməmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl