Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyən olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyən olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin-ABŞ ticarət danışıqlarının 13-cü mərhələsi oktyabrın 10-11-də Vaşinqtonda keçiriləcək.

 

Çin rəsmi mənbələrinə istinadla xəbər verilir ki, danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə Vaşinqtona səfər edəcək. Nümayəndə heyətinin tərkibinə kommersiya naziri Con Şan, Çin Xalq Bankının sədri İ Qan, habelə bir neçə mərkəzi icra hakimiyyətinin rəhbər şəxsləri daxildir. Danışıqlarda Birləşmiş Ştatların nümayəndə heyətinə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcəklər.

 

Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bu il ərzində bir neçə dəfə müzakirələr aparıblar. Danışıqların 12-ci raundu iyulda Şanxayda baş tutub. Amma hələlik bu məsələdə konkret nəticə yoxdur. Əvəzində tərəflər qarşılıqlı olaraq bir neçə dəfə idxal rüsumlarını artırıb. Bu da öz növbəsində nəinki iki ölkə arasında iqtisadi münasibətlərə, eləcə də dünya iqtisadiyyatına, birjalara təsirsiz ötüşməyib.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

08.10.2019 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ