Dağ yürüşü həvəskarları üçün yeni marşrutlar hazırlanır
Dövlət Turizm Agentliyi (DTA) dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni dağ marşrutları hazırlayır.
Bunu DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin sektor müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, hazırlanan marşrutlar əsasən, Qafqaz dağlarını əhatə edir: "Ərazinin həm Bakıya yaxınlığını, həm də infrastrukturunu nəzərə alaraq, hazırda Qafqaz dağları üzrə marşrutlar hazırlanır".
E.Cavadov qeyd edib ki, hazırda DTA tərəfindən dağ marşrutları üçün vahid işarələnmə sisteminin yaradılması istiqamətində də işlər aparılır: "Bununla bağlı ilk addımlar atılır. Vahid işarələnmə sisteminin yaradılması nəticəsində Qubada, yaxud Balakəndə dağ cığırından keçən turist eyni işarə sistemini görəcək. Bu işarələnmə sisteminə baxdıqda görmək mümkün olacaq ki, maşrutun uzunluğu nə qədərdir, onun təhlükəsizliyi üçün görülən tədbirlər nələrdən ibarətdir və s.".
DTA üçün ekoturizmin inkişafının əsas prioritet sahələrdən biri olduğunu deyən E.Cavadov əlavə edib ki, bu sahə Azərbaycana xarici turistlərin cəb olunmasında böyük əhəmiyyət kəsb edir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl