“AtaBank” iddialara aydınlıq gətirdi
Son zamanlar “AtaBank” ASC barəsində qərəzli xoşagəlməz xəbərlər yayılır. "AtaBank" xəbərləri yaymış saytların ictimaiyyətə yanlış məlumatların verilməsi halından təəssüfləndiyini bildirir və bununla bağlı aşağıdakıları çatdırmaq istəyir:
"AtaBank bildirir ki, bankın fəaliyyəti haqda mətbuatda işıqlandırılmış xəbərlər heç bir fakta əsaslanmır. Bank stabil fəaliyyətini davam etdirir. Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir.
Bankın mövqeyi öyrənilmədən, jurnalist etikasından kənar yazılan bu səpkidə məlumatlar müştərilər arasında çaşqınlıq yaradaraq onların bank sektoruna olan etimadını sarsıdır.
Dövlətin bank sektorunun inkişafı istiqamətində apardığı uğurlu siyasətinə xələl gətirən bu tip əsassız xəbərləri işıqlandıran informasiya saytları qanun qarşısında cavab verməli olacaq. Bu səbəbdən media nümayəndələrini əsassız iddialar yaymamağa çağırırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl