Növbəti "KOB Dostu" fəaliyyətə başladı
"KOB Dostu" şəbəkəsi genişlənir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi genişlənməkdə davam edir.
Növbəti "KOB Dostu" İmişli rayonunda fəaliyyətə başlayıb.
Bununla da ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-ə çatıb.
Oktyabrın 8-də KOBİA-nın təşkilatçılığı, İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib.
İmişli rayonunda sahibkarlara xidmət gösrərən müxtəlif dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta
sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl