Azərbaycanın ən böyük özəl bankı işçilərinin sayını artırıb

Azərbaycanın ən böyük özəl bankı olan “PAŞA Bank” ASC işçilər üzrə xərclərini artırıb.

 

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, “PAŞA Bank” qrupu 2019-cu ilin ilk 6 ayında işçilər üzrə 27 milyon 8 min manat xərc çəkib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 234 min manat və ya 18,6% çoxdur.

 

“PAŞA Bank” qrupunun işçilərinin sayı da artıb. 30 İyun 2018-ci il tarixində 813 nəfər olmuş say 30 İyun 2019-cu il tarixində 1160 nəfərə çatıb (347 nəfər artıb).

 

“PAŞA Bank Azərbaycan”ın işçilərinin sayı 157 nəfər artaraq 836 nəfərə, “PAŞA Bank Gürcüstan”ın işçilərinin sayı 188 nəfər artaraq 274 nəfərə, “PAŞA Bank Türkiyə”nin işçilərinin sayı isə 2 nəfər artaraq 50 nəfərə yüksəlib.

9 Oktyabr 2019 , 07:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin