Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Sony” şirkəti “PlayStation 5”i satışa buraxacağı tarixi açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sony” şirkəti “PlayStation 5”i satışa buraxacağı tarixi açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Sony” şirkəti növbəti nəsil “PlayStation 5” oyun konsolunu 2020-ci ilin sonlarında, Milad bayramı ərəfəsində satışa buraxmağı planlaşdırır.

 

Şirkətin rəsmi saytında bildirilir ki, “PlayStation 5” təkmilləşmiş qrafikaya malikdir və şüaların trası texnologiyasını dəstəkləyəcək. Bu, hərəkət edən obyektlərdə işıq effektlərinin real əks olunmasına müsbət təsir göstərəcək. Yeni konsol oyunları daha sürətlə yükləmək imkanına malik olacaq. Konsulun yeni komponenti qeympadın oyun səhnələrinə reaksiya verən vibrasiya ilə cavab verməsinə şərait yaradacaq. L və R düymələri oyuna uyğun olaraq adaptasiya edəcək.

 

Xatırladaq ki, şirkətin nümayəndələri əvvəllər “PlayStation 5” konsolunun gələn il çıxacağını desələr də konkret tarix bildirmirdilər. “Sony”nin oyun konsolları üzrə əsas rəqibi hesab edilən “Microsoft Corporation” bu günlərdə yeni nəsil “Xbox” konsolunun gələn ilin sonlarında buraxılacağını açıqlayıb.

 

Ötən maliyyə ilində “Sony”nin indiki nəsil “PlayStation 4” konsulunun istehsalı ilə məşğul olan bölməsi təqribən 3 milyard dollar əməliyyat gəliri çərçivəsində 20 milyon dollardan çox xalis mənfəət əldə etdiyini bildirib. Bu göstəricilərin hər ikisi “Sony”nin bütün digər bölmələrinin gəlirlərini üstələyib.

09.10.2019 07:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ