“Dövlət-Özəl Tərəfdaşlığı Konsorsiumu” yaradılır
Azərbaycanda rəqəmsal xidmətlərin inkişafında böyük payı olan ölkənin aparıcı korporativ bankı PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak edib.
Keçirilən tədbir zamanı PAŞA Bank, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "AzərTelekom İnt." MMC və "B.EST Solutions MMC" şirkətləri arasında “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsiumu”-nun yaradılmasına dair memorandum imzalanıb.
PAŞA Bankın yaydığı məlumatda bildirilir ki, Konsorsiumun fəaliyyəti Azərbaycanın regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi, rəqəmsal texnologiyaların sosial və iqtisadi sahələrdə, maliyyə sektorunda tətbiqinin daha da genişləndirilməsi, rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslərin elektron xidmətlərdən daha da asanlıqla istifadə edə bilmələri üçün mövcud xidmətlərin elektronlaşması, yeni xidmətlərin təqdim edilməsi və digər yeniliklərin həyata keçirilməsinə yonəldiləcəkdir.
Memorandum çərçivəsində PAŞA Bankın əsas məqsədi Azərbaycan istehsalı məhsullarını xaricə ixrac edən sahibkarlara göstərilən dövlət dəstəyinə töhfə verməyə hazır olduğunu vurğulamaq üçün bu platformada ticari fəaliyyətlə məşğul olan bizneslərə hərtərəfli dəstəyi təmin etməkdir.
Konfransda çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığın günbəgün güclənməsi müşahidə olunur və məhz belə bir vaxtda Azərbaycan hökumətinin rəqəmsal transformasiya mərhələsinə keçməsi xüsusi əhəmiyyət kəsb edir.
“Böyük sürətlə dəyişən dünyada bütün sahələrdə olduğu kimi bank xidmətlərinin də sürətli, çevik və daha da güvənli olması, müştərinin ən yüksək tələblərinə cavab verməsi zəruridir. Məhz bu səbəbdən Bank xidmətlərinin rəqəmsallaşması PAŞA Bankın 2018-2020-ci il strategiyasının təməlini təşkil etmişdir. Rəqəmsal həllərin işlənib hazırlanması yüksək texnologiyaların tətbiqi ilə yanaşı, həm müvafiq texniki və təşkilati infrastrukturun yaradılması, həmçinin də bu sahədə peşəkarların yetişdirilməsi vasitəsilə mümkündür. Lakin Rəqəmsal transformasiyaya ilk addım atan bir biznes qurumu olaraq biz ilk gündən aydın şəkildə dərk edirdik ki, bizim bu transformasiyanı müştərilərimizdən və əməkdaşlıq etdiyimiz dövlət qurumlarından kənarda həyata keçirməyimiz mümkün deyil. Bu gün burada imzalayacağımız "Dövlət-Özəl Tərəfdaşlıq" memorandumu məhz bu məqsədə nail olmaq üçün çox önəmli vasitədir.”, - T. Kazımov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
18 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
21 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
24 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb