Qazaxıstan şirkəti Azərbaycan dilində mobil oyun hazırlayıb

Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıblar.

 

Proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib.

 

“Uşaqlarda son zamanlar mobil telefonlara, elektron qurğulara həddindən çox maraq yaranıb. Onların bundan səmərəli istifadə etməsi, maariflənməsi üçün bu cür oyunlar valideynlərə kömək edəcək. Qonşu ölkələrlə maraqlandıq bu sahədə mobil oyunların azlıq təşkil etdiyini öyrəndikdən sonra “İQ bala” “İQ uşaq” proqramını hazırlamaq qərarına gəldik”.

 

Almas Tapiyev bu proqramın yaranmasını Qazaxıstanın latın əlifbasına keçdikdən sonra ölkədə qazax dilində keyfiyyətli proqramların olmamasından irəli gəldiyini bildirib.

 

Mütəxəssis deyib ki, qazax və Azərbaycan dillərinin oxşarlığı işin gedişatını daha da asanlaşdırıb. Yaxın iki həftədə proqramın tam versiyası buraxılacaq. Oyunun test variantı artıq hazırdır.

 

Pulsuz proqram hamının istifadəsi üçün açıq olacaq. Proqram bir yaşından yuxarı, yəni danışmağa başlayan uşaqlar üçün nəzərdə tutulub. Məqsəd onlarda doğma dili daha da təkmilləşdirməkdir.

 

Oyunda müxtəlif mövzular üzrə test sualı mövcuddur. Oyunçular smartfonlarından ayrılmadan öyrənmək və əylənmək imkanı qazanacaq. Oyunda insan bədəni, rənglər, heyvanlar aləmi kimi mövzular sırf uşaqların intelektual biliklərinin yeni texnologiyaların köməyi ilə artırılmasına fokuslanıb.

 

Proqramın Azərbaycan dilinə tərcüməsini Nur-Sultan şəhərinin Linqvistika məktəbinin rəhbəri və müəlliməsi Nərgiz Kərəmova edib. O deyib: “Azərbaycan dili çox zəngindir, buna görə də “QazNat” şirkəti proqramın tərcüməsi üçün müraciət edəndə çalışdım uşaqların anlayacağı və yadda saxlaya biləcəkləri sözlərdən istifadə edim”.

 

Qeyd edək ki, 10 günə başa gələn tərcüməni məktəbin şagirdi Ümid səsləndirib.

 

© Azərtac

10 Oktyabr 2019 , 08:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin