Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Kontakt Home”un pulu ilə məcburi köçkünlərə mənzil tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kontakt Home”un pulu ilə məcburi köçkünlərə mənzil tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib.

 

Reklam_3_11

Məlumatına görə, məcburi köçkünlər üçün mənzillərin tikintisi layihəsinə “Kontakt Home” mağazalar şəbəkəsi və “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil “Kristal Abşeron MTK”, 10 mənzil “Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin dəstəyilə inşa olunacaq.

 

Xatırladaq ki, Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib.

 

Xatırladaq ki, 2018-ci ildə istifədəyə verilən “Qobu Park-1” və ötən gün istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan “Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Layihənin sifarişçisi “Paşa Holding “, podratçısı isə “Kristal Abşeron” şirkətidir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Trend

10.10.2019 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ