Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"PAŞA Həyat" Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Həyat" Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Oktyabrın 10-da XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

 

Reklam_3_11

Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.  

 

 Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.

 

Məlumat üçün bildirək ki, iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47  kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.  Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən  peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri keçirilib və şagirdlər  intellektual yarışlarda iştirak ediblər.

 

"PAŞA Həyat" şirkəti layihəyə dəstək verdiyi üçün Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

 

Gələcəkdə də "PAŞA Həyat" bu tip sosial məsuliyyətli layihələrə dəstək verməyi planlaşdırır.

 

11.10.2019 08:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ