Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ramin Quluzadə müşavirə keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ramin Quluzadə müşavirə keçirib

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində, nazirin birinci müavini Əli Abdullayev Yevlax rayonunda vətəndaşlarla görüşüb.

 

Nazir Mingəçevir və Ağdaş, nazirin birinci müavini isə Yevlax sakinlərini qəbul edib.

 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

 

Vətəndaş qəbullarından sonra nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev nazirliyin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.  Müşavirədə vətəndaşların müraciətlərində irəli sürülmüş məsələlərlə bağlı müzakirə aparılıb. Nazirlik vətəndaşların müraciətlərinin detalları barədə məlumat açıqlamayıb.

 

Son vaxtlar regionlarda telekommunikasiya üzrə ən çox şikayət İnternet ilə bağlıdır. Vətəndaşlar “Aztelekom”un internetinin keyfiyyətsiz olduğunu bildirirlər.

11.10.2019 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ