"Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb"

"Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb".

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

 

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür: "Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən 1 qram çəkidə dənizə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi bu belə deyil".

 

H.Əlizadə bildirib ki, bu yaxınlarda nazirliyin balıqartırma təsərrüfatında yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kürə buraxılıb: "Onların yaşama ehtimalı 70-80 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk. Yetişdirilib buraxılan 100 qramlıq balıqların yaşama ehtimalı 90-100 faizdir".

 

Departament direktoru balıq ehtiyatlarının azaldılmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır. Bunun səbəblərindən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brakonyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə işləri aparmaq lazımdır".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

11 Oktyabr 2019 , 16:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin