“Mühasiblərin və Auditorların VI Avrasiya Forumu” keçirildi
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM), Azərbaycan İqtisadçılar İttifaqının və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2019-cu il 10-12 oktyabr tarixlərində “Mühasibat uçotu və audit: müasir çağırışlar” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu” keçirildi. Forumda 20 ölkədən xarici nüməyəndələr, peşəkar mütəxəssislər və eyni zamanda yerli qurumların nümayəndələri iştirak etdilər.
Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.
Qeyd edək ki, APFM 2016-cı il mart ayından etibarən isə Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, Azərbaycanın Peşəkar mühasib təşkilatıdır. Assosiasiya Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi geniş fəaliyyət göstərir. Bu forum artıq Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir. Respublikanın ictimai əhəmiyyətli qurumlarının, nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sayəsində bu möhtəşəm hadisə respublikamızda daha geniş vüsət alaraq, daha səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli bir tədbirə çevrilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl