PAŞA Bank ADA Universitetində təqaüd qazanmış tələbələri dəstəkləyir
(®) PAŞA Bank 2018-ci ildən etibarən ADA Universiteti arasında əldə olunmuş əməkdaşlıq sazişinə əsasən, universitetdə oxuyan və yüksək nəticələr göstərən tələbələrə dəstək olur. Əməkdaşlıq çərçivəsində Bank ADA Universiteti Fonduna öz töhfəsini verərək Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda (SİTE) təhsil alan və fərqlənən tələbələrinin təqaüdünü ödəməkdədir.
10 oktyabr 2019-cu il tarixində "ADA Excellence Day 2019" - ADA Universitetində təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilib. Mərasimdə 50-yə yaxın tələbəyə 100, 50 və 25% həcmində təqaüdlər və xüsusi sertifikatlar təqdim edildi.
Tədbirdə PAŞA Bank adından iştirak edən Bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov uğur əldə edən tələbələrlə görüşmüş, onlara fərqlənmə sertifikatlarını təqdim etmişdir.
Qeyd olunmalıdır ki, PAŞA Bank və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıqla yanaşı, "Start-up" layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına Bankın əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
37 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 53 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl