Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Narınginin satış qiyməti düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Narınginin satış qiyməti düşüb

Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.

 

Reklam_3_11

Bir neçə gündür rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb.

 

Ötən il rayonda 1169,6 hektar məhsuldar naringi bağlarından 32 min tona yaxın məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 272,9 sentner olub.

 

Cari ildə rayonda 353,5 hektara yaxın yeni narıngi bağları salınıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır.

 

Sahələrdən hələlik yalnız narınginin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanılacaq.

 

Bazarlarda narınginin satış qiyməti ötən ilə nisbətən ucuzlaşıb. Ötən il bir kiloqramı 2 manata satılan narıngi bu il 1 manat 50 qəpik - 1 manata satılır.

 

Torpaq mülkiyyətçiləri yetişdirdikləri narıngini ölkənin daxili bazarlarında satılmasına daha çox üstünlük verirlər. Onlar bunu məhsulun az olması və Rusiyanın gömrük məntəqələrində rüsumların qaldırması ilə əlaqələndirirlər.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Azərtac"

15.10.2019 07:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ