Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“...daha çox firmalar pul qazanır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“...daha çox firmalar pul qazanır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Vətəndaşların pamblğı əllə yığmalarına şərait yaradılmalıdır”

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu  Saatlı rayonunda keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Dövlətimizin başçısı deyib:

 

“Bir məsələni də qeyd etmək istəyirəm. Mənə verilən məlumata görə, keçən il təqribən pambığın 50 faizi əllə, 50 faizi isə texnika ilə yığılıbdır. Əlbəttə ki, texnika ilə yığım daha da səmərəlidir və şirkətlər üçün daha da əlverişlidir. Ancaq hesab edirəm ki, ilk növbədə, biz bu sahədə yenə də sosial amili nəzərə almalıyıq. Əgər vətəndaşlar əllə yığmaq istəyəcəklərsə və daha çox insan buna cəlb olunacaqsa, şərait yaradılmalıdır ki, nə qədər mümkündürsə əllə yığsınlar. Çünki əllə yığanda pul qazanır, texnika ilə yığanda daha çox firmalar pul qazanır. Məni maraqlandıran odur ki, pambıqçılıqda işləyən vətəndaş hər gün evinə pul aparsın. Ona görə şərait yaradılmalıdır. Çünki bilirəm, keçən il bəzi yerlərdə vətəndaşlar hətta deyirdilər ki, qoy, texnika tarlalara çıxmasın, etiraz edirdilər, istəyirdilər ki, özləri yığsınlar. Burada da deyildi ki, yanvar ayında gedib yağışdan sonra açılan qozaların pambığını yığıblar. Nəyə görə? Çünki bu, gəlir gətirir. Bu il də belə olmalıdır. İmkan yaratmaq lazımdır ki, nə qədər mümkündürsə əl ilə, nə qədər mümkün deyilsə, texnika ilə yığılsın. Onda daha da ədalətli olacaqdır".

29.03.2017 05:42

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ