Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni binalarda mənzillər bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni binalarda mənzillər bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabr ayında yeni tikililərdə mənzillərin qiyməti artıb.

 

Reklam_3_11

Bunu “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

 

“Yeni tikililərin bir çoxunda qeydiyyatla bağlı sənədləşmə işləri həyata keçirilir. Azərbaycan bazarı üçün xarakterik olan bir xüsusiyyət var ki, qeydiyyat prosesi başa çatdıqdan sonra bazarda mənzillərin qiyməti əvvəlki dəyərindən 10-15% fərqlənir. Eyni zamanda, ötən ildən başlayaraq tikinti prosesinə nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirməsi ilə bu sahədə yeni qaydalar tətbiq edilib. Həmin qaydalar çərçivəsində tikinti şirkətlərinin xərcləri bir qədər artıb. Bütün bunlar yeni tikililərdə qiymət artımına gətirib çıxaran amillərdir. Köhnə mənzillərdə isə hər hansı bir qiymət dəyişməsi müşahidə olunmayıb”,- o deyib.

 

Ramil Osmanlı qeyd edib ki, eyni zamanda, potensial alıcı kütləsinin bir hissəsi İpoteka Kredit və Zəmanət Fondunun həyata keçirəcəyi kirayə mənzil layihəsi ilə bağlı bir müddət gözləmə mövqeyi tutub ki, bu da bazarda tələbi aşağı salıb.

 

Ekspert Mərkəzinin direktoru  əlavə edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər təqribən 14%, təkrar mənzil bazarında isə 7,7% artıb:  

 

“İlin sonuna qədər mənzil bazarında satış qiymətlərinin 2-3% artımı gözlənilir. Kəskin qiymət artımı üçün isə heç bir səbəb görmürəm”.

15.10.2019 11:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ