Beynəlxalq Bank yeni layihəsi üzrə işçi qəbulu elan etdi

“Azərbaycan Beynəlxalq Bankı” yeni layihə çərçivəsində formalaşdırılan Transformasiya ofisinə KOS (SME) Məhsullarının İnkişafı üzrə Baş Mütəxəssis vəzifəsinə namizəd seçimini açıq elan edir.

 

Kiçik və orta sahibkarlıq seqmenti üçün hazırlanan məhsulların rəqəmsallaşdırılması, xidmət və proseslərin optimallaşdırılmasında kreativ yanaşmanı həyata keçirəcək, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

 

Görəcəyiniz işlər:

- Kiçik və Orta Sahibkarlıq (SME) kateqoriyasına aid kredit məhsullarının  inkişafı;

- KOS (SME) kredit məhsullarının təhlilində  innovativ yanaşmanın göstərilməsi;

- Göstərilən xidmət səviyyəsinin artırılması və mövcüd kredit məhsullarının inkişafı üçün daimi yeni ideyaların tətbiq edilməsi;

- Yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;

- Aparılan biznes proseslərin optimallaşdırılması məqsədi ilə digər əlaqəli departamentlər ilə müntəzəm şəkildə əlaqənin saxlanılması;

- Bankdaxili aparılan layihələrdə koordinasiya və dəstəyin göstərilməsi

 

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

- Peşəkar komanda ilə əməkdaşlıq

- Bank sahəsində davamlı karyera inkişafı

- Adekvat əmək haqqı

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

 

Bizim üçün ideal namizəd:

- Ali iqtisadi təhsili olan

- Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərə sahib olan

- Bank sahəsində ən az 2 il iş təcrübəsi olan; (KOS sahəsində ən az 1 il təcrübəsi olan)

- KOS (SME) kredit məhsullarının inkişafı üzrə təcrübəsi olan

- Analitik bacarığı olan

- Yüksək səviyyədə Azərbaycan dilini və yaxşı səviyyədə İngilis və Rus dillərini  bilən

- Güclü kommunikativ qabiliyyətə sahib olan

- Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.10.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "KOS (SME) Məhsullarının İnkişafı üzrə Baş Mütəxəssis")

 

Əlavə məlumat üçün: www.ibar.az

 

15 Oktyabr 2019 , 16:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin