Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avtomobil idxalında sürət düşmür - BÖYÜK ARTIM DAVAM EDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil idxalında sürət düşmür - BÖYÜK ARTIM DAVAM EDİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar- sentyabr ayları ərzində (9 ayda) Azərbaycana 30 min 908 ədəd cəmi nəqliyyat vasitələri idxal olunub.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-Sentyabr dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin Yanvar-Sentyabr dövründə ölkəmizə 16 min 382 nəqliyyat vasitələri idxal olunmuşdu.

 

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda  3 min 721 ədəd, Sentyabrında 4 min 213 nəqliyyat vasitəsi idxal edilib.  

 

O cümlədən, 2019-cu ilin Yanvar-Sentyabr aylarında Azərbaycana 27 min 825 ədəd minik avtomobili, 371 ədəd avtobus, 2 min 597 ədəd yük avtomobili və 115 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Sentyabr dövründə 14 min 680 ədəd minik avtomobili, 110 ədəd avtobus, 1 507 ədəd yük avtomobili və 85 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

16.10.2019 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ