Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR yeni istiqrazlar buraxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR yeni istiqrazlar buraxacaq

Yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.


 

Reklam_3_11

2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni yatırım fürsətləri təklif edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəlmiş oldu.

 

“SOCAR Capital” şirkətindən "Marja"ya verilən məlumata görə, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının  1.25 milyon dollar rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

 

Şirkətin məlumatında deyilir:

 

"İstiqrazların satış qiymətinin 1046 dollara qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin 181 milyon dollaraq çatması, bağlanmış əqd sayının 2000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 32 milyonu ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

 

Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

 

SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

 

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq".

17.10.2019 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ