Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın elektrik enerjisi bazarına bir sıra şirkətlər daxil olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın elektrik enerjisi bazarına bir sıra şirkətlər daxil olacaq

Elektrik enerjisinin liberallaşdırılması çərçivəsində Azərbaycanda hədəf modelinə əsasən enerjinin istehsalı və nəqli sahəsində 4 şirkət fəaliyyət göstərəcək.

 

Reklam_3_11

Bunu Azərbaycanın elektrik enerjisi bazarında yaxın olan mənbə deyib.

 

Mənbənin sözlərinə görə, enerji istehsalı sahəsində iki dövlət və iki müstəqil şirkət fəaliyyət göstərəcək, eyni sxem elektrik enerjisinin nəqlində də yer alacaq.

 

"Liberallaşmanın birinci mərhələsində (01.01.2020-01.01.2022 tarixlərdə) elektrik enerjisinin istehsalı prosesinə 3 şirkət daxil olacaq, onlardan 2-i dövlət, 1-i isə özəl olacaq. Bu mərhələ elektrik enerjisinin nəqlini yalnız bir dövlət şirkəti həyata keçirəcək", - deyə mənbə izah edib.

 

"İkinci mərhələdə (01.01.2022-01.01.2025 tarixlərdə) elektrik enerjisinin nəqli sahəsində də iki dövlət və bir müstəqil qurum bazara daxil olacaq.

 

Bazarın liberallaşdırılması modelinə əsasən, elektrik enerjisinin transmissiyası, göndərilməsi və paylanması dövlət tərəfindən aparılacaq", - mənbə əlavə edib.

 

Qeyd edək ki, hazırda ölkədə ölkənin əsas elektrik enerjisi istehsalçısı “Azərenerji” ASC-dir. Qurum həm də elektrik enerjisinin transmissiyasını və göndərilməsini təmin edir. Enerjinin nəqli və bölüşdürülməsini isə “Azərişıq” ASC həyata keçirir.

 

Xatırladaq ki, Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7 146 MVt-dır, bunun da 5 870,9 MVt-ı (82,15%-i) istilik stansiyalarının payına düşür. Qalan 1 109,5 MVt (15,5%) iri su, 66 MVt (0,92%) külək, 24,96 MVt (0,36%) kiçik su, 39 MVt (0,54%) biokütlə bazasında çalışan və 37,165 MVt (0,53%) günəş elektrik stansiyalarının payına düşür.

 

Gələn il ölkədə elektrik stansiyaların stansiyalarının qoyuluş gücünü 7 352 MVt-a çatdırmaq planlaşdırılır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

©APA

17.10.2019 13:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ