Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ikinci böyük iqtisadiyyatı yavaşlamaqda davam edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ikinci böyük iqtisadiyyatı yavaşlamaqda davam edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin üçüncü rübdə iqtisadiyyatı gözləntiləri qarşılamayaraq 6 faiz artıb. İqtisadi artımın sürəti 6,2 faizdən 6 faizə düşüb.


 

Çinin iqtisadi artımı üçüncü rübdə daxili zəif tələbat və ticarət müharibəsinin ixracı zəiflətməsi ilə yavaşlayıb.


 
"Marja" xəbər verir ki, Çinin ümumi daxili məhsulu illik müqayisədə İyun-Sentyabr dövründə 6 faiz artıb. Proqnoz 6.1 faiz idi. 

 

2019-cu ilin 2-ci rübündə Çin iqtisadiyyatı 6,2 faiz artmışdı.


 
Sənaye istehsalı Sentyabrda 5.8 faiz, pərakəndə satışlar isə 7.8 faiz artıb.

 

İnvestisiyalar ilin ilk doqquz ayında 5.4 faiz yüksəlib. Gözlənti 5.5 faiz artm olacağı istiqamətində idi.


 
Çin hökuməti 2019-cu ildə 6-6.5 faizlik iqtisadi artım hədəfləyir.

 

Ticarət müharibəsindən öncə, 2018-ci ilin ilk rübündə, Çin iqtisadiyyatı 6,8% artmışdı.

 

İnvestorlar gələn ay ABŞ Prezidenti Donald Tramp və Çin sədri Xi Jinping arasında imzalanacağı bildirilən ticarət razılaşmasına fokuslansalar da, ticarət gərginliyinə dair qeyri-müəyyən siqnallar gəlməyə davam edir. Çin tərəfindəm öhdəlik götürdüyü bildirilən kənd təsərrüfatı məhsulu alışlarının miqdarına dair, ABŞ tərəfindən isə 15 Dekabrda qüvvəyə minəcəyi gözlənilən əlavə gömrük vergilərinə dair dəqiq açıqlamaların verilməməsi qeyri-müəyyənliyi dərinləşdirir.

18.10.2019 06:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ