Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var”

“Türkiyə, Ərəb ölkələri də hədəfdədir”


 

Reklam_3_11

Azərbaycanın iri iaşə şirkəti “145 Group” restoranlarının sayını artırmağı və xarici bazarlara çıxmağı nəzərdə tutur.

 

“Marja” xəbər verir ki, bunu "145" restoranlar şəbəkəsini idarə edən “145 Group” şirkətinin təsisçi Eyub Hüseynov bildirib.

 

Qeyd edək ki, "145" restoranlar şəbəkəsinə şəhərimizin kifayət qədər sevilən və  tanınan məkanları – "Çay evi 145", “Çaybağı 145, “Greengarden”, “Malacannes”, “Passage 145” və “Metropol 145” aiddir.

 

“Bəli, restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var. Əlbəttə ki, gündəlikdə duran məsələ Bakıda tam miqyasda təqdim olunmaqdır. Müxtəlif konsepsiyalarda Bakının müxtəlif rayonlarında yeni məkanlar açacağıq. Bundan əlavə, beynəlxalq şirkətlərdən bir çox təkliflər almışıq və hazırda danışıqlar aparırıq, nəticələrini yaxın gələcəkdə görəcəksiniz. Hələ təfərrüatlara girmək istəməzdim, lakin qeyd edim ki, maraq mövzumuz “145 Group” brendinin Türkiyədə, Ərəb ölkələrində tanıdılmasıdır.

 

Bir sözlə, gələcəyə böyük iddia və planlarımız var.  Hazırda Bakıda bu sahənin liderlərindən biriyik və məqsədimiz təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda gələcək nəsillər üçün maraqlı və cəlbedici olmaq, gənclərin ən sevimli brendi olaraq qalmaqdır”.   

 

Eyub Hüseynov əlavə edib ki, françayzınq təcrübəsindən istifadə edilməsi nəzərdə tutulur və şirkət xaricdə bununla əlaqədar müvafiq işgüzar danışıqlar aparır.

 

“Düşünürük ki, bizim inkişafımız sürətli getdiyindən, bu gün daha çox  məkan açmalıyıq.  Biznesimizə sərmayə qoymaq istəyənlərlə tanış olmağa, ünsiyyət qurmağa hazırıq. Elə fürsətdən istifadə edib sizin vasitənizlə geniş auditoriyaya bildirmək istərdik ki,  “145 group” tərəfdaşlıq/partnyorluq təkliflərinə hər zaman açıqdır. Bunun üçün hətta yeni [email protected] elektron ünvanı da mövcuddur. Bizimlə əməkdaşlıq etmək istəyində olanlar öz müaciətlərini birbaşa bu ünvana yönləndirə bilər”.

 

Eyub Hüseynov ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

 

18.10.2019 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ