Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan bankı 9 ayda 4 milyon manat qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı 9 ayda 4 milyon manat qazanıb

Bank “BTB” ASC 2019-cu ilin 9 ayını 3 milyon 999 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Bank BTB” 2018-ci ilin 9 ayını 2 milyon 182 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, Bankın xalis mənfəəti 1,8 dəfə artıb.

 

Reklam_3_11

GƏLİRLƏRİ ARTIB

 

“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “Bank BTB”nin faiz gəlirləri 2 milyon 121 min manat və ya 15,2% artaraq 16 milyon 25 min manat, qeyri-faiz gəlirləri isə 22 min manat artaraq 4 milyon 608 min manat təşkil edib.

 

2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “Bank BTB”nin faiz xərcləri 746 min manat və ya 9,4% artaraq 8 milyon 693 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 149 min manat və ya 12,1% artaraq 10 milyon 602 min manat təşkil edib.

 

Cəmi gəlirlərin 2 milyon 143 min manat artması ilə bərabər, cəmi xərclər də 1 milyon 895 min manat artıb.  Gəlirlərin xərclərdən 247 min manat  daha çox artması əməliyyat mənfəətinin  1 milyon 337 min manata yüksəlməsinə səbəb olub. “Bank BTB” ötən ilin 9 ayında 1 milyon 90 min manat əməliyyat mənfəəti əldə edib.

 

Cari ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 2 milyon 663 min manatın azad olması mənfəətin 3 milyon 999 min manata yüksəlməsini təmin edib.

 

Müqayisə üçün xatırladaq ki, ötən ilin 9 ayında kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatdan 1 milyon 92 min manatın qayıtması hesabına Bankın 1 milyon 90 min manat əməliyyat mənfəəti  2 milyon 182 min manata yüksəlmişdi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

Bank “BTB”nin gəlirlərinin artması təsadüfi deyil. 31 Sentyabr 2019-cu il tarixində Bank “BTB” 311 milyon 957 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 195 milyon 239 min manatını müştərilərə verilən kreditlər təşkil edib. “Bank BTB” ASC 30 Sentyabr 2018-ci il tarixində 302 milyon 776 min manat cəmi aktivlərə, o cümlədən 169 milyon 299 min manat kredit portfelinə malik idi. Ötən 12 ayda Bankın müştərilərə verdiyi cəmi kreditlərin məbləği 25 milyon 940 min manat və ya 15,3% artıb.

 

30 Sentyabr 2019cu il tarixində Bank “BTB” 58 milyon 691 min manat məcmu kapitala malik olub.

18.10.2019 11:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ