Gələn il Dövlət Neft Fondu qazandığının 93 faizini xərcləyəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384 milyon 100 min manat nəzərdə tutulur.

 

“Marja” 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 4 milyon 300 min manat azdır. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin xərcləri gəlirlərinin 93 faizinə bərabərdir. Yığıma cəmi 824 milyon manat yönəldiləcəyi gözlənilir. 

 

Gələn il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14 milyon 300 min manat və ya 0,1 faiz azdır.

 

Qeyd edək ki, Fondun yaradılmasının məqsədlərindən biri də, neft və qaz gəlirlərin nəsillər arasında bərabər bölünməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin yaradılmasıdır.

19 Oktyabr 2019 , 11:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin