Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

40-dan çox şirkət “Marcom”a müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
40-dan çox şirkət “Marcom”a müraciət edib

Azərbaycanda bazar iştirakçılarının maarifləndirilməsi istiqamətində addımlar atmaqda davam edən “Marcom” Marketinq və Kommunikasiya Konsultasiya xidməti üzrə ilk 3 ayın nəticələrini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə, xidmət istifadəyə verildiyi gündən etibarən müxtəlif sektorları əhatə edən 40-dan çox şirkətə marketinqin müxtəlif istiqamətləri üzrə ödənişsiz konsultasiya göstərilmişdir. Müraciətlərin böyük əksəriyyətini turizm, otelçilik, mebel, inşaat, təhsil, tibb sahələrində fəaliyyət göstərən şirkətlər təşkil edir:

 

“Marcom şirkəti olaraq çox şadıq ki, şirkətlərə marketinq sahəsi üzrə dəstək olur və onların qaranlıq qalan suallarını cavablandırırıq. Bu eyni zamanda sahibkarlığın inkişafına da dəstək olacağını düşünürük. Xidmət çərçivəsində şirkətləri maraqlandıran suallar əsasən saytın google tərəfindən niyə indekslənməməsi, sosial media üzrə gördüyü işlərin effektinin aşağı olması, istehsal etdiyi məhsulların xarici bazarda tanıdılması və digər reklam agentliklərinin onlar üçün gördüyü işin marketinq audit olunması ilə bağlıdır”.

 

İcraçı direktor əlavə edib ki, sahibkarların faydalanması və bu istiqamətdə şəffaflığın təmin olunması üçün yaradılmış ödənişsiz konsultasiya xidməti şirkətin əsas xidmətləri sırasında qalmaqda davam edəcək: “Biz istəmirik ki, sahibkarlar fəaliyyəti tənzimlənməyən digər agentliklər və ya fiziki şəxslər tərəfindən yanlış istiqamətə yönləndirilsin. Bu onların bazardakı mövqelərini və imiclərini itirmələrinə ciddi şəkildə təsir edə bilər. Bu bazar hər bir marketinq və reklam agentliyi sahibkarlara dəstək olmalı və onların doğru istiqamət üzrə inkişaf etmələrinə təkan verməlidir”.

 

Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiya şirkəti bu ilin sonuna kimi daha bir xidmətini bazara buraxmağı planlaşıdırır. Şirkətin əsas məqsədi müştərilərə lazım olan bütün marketinq xidmətlərini bir veb platformada cəmlənməsini təmin etməkdir. Şirkətin konsultasiya xidmətindən ödənişsiz şəkildə faydalanmaq istəyənlər (012) 538-17-33 və ya (050) 582 - 80 - 62 nömrəsinə zəng edə bilərlər.

21.10.2019 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ