“Səba”nın əkinçilik şirkətində idarəetmə üsulu dəyişdirilib - YENİ TƏYİNATLAR
Ölkənin iri əkinçilik şirkətlərindən olan “Qarabağ Taxıl” MMC-nin idarəetmə formasında və rəhbərliyində dəyişiklik olub.
Şirkətdən "Marja"ya verilən məlumata görə, nizamnamə kapitalının miqdarı 4 milyon manat olan şirkətin effektiv idarə edilməsi üçün təkbaşına idarəetmə metodu ləğv edilərək, kollegial idarəetmə üsulu seçilib. Şirkətin idarə heyətinə Vüqar Baloğlanov sədr təyin edilib. Fikrət Abdullayev və Ruslan Behbudov isə idarə heyətinin üzvləri təyin olunublar.
“Səba” ASC-nin törəmə müəssisəsi olan “Qarabağ Taxıl” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirib. Müəssisə ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.
Qeyd edək ki, “Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Dövlət dəstəyi ilə Azərbaycanda ilk özəl iri taxılçılıq təsərrüfatı məhz bu müəssisədə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl