Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Borca girməzdən öncə özünüzə verəcəyiniz suallar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Borca girməzdən öncə özünüzə verəcəyiniz suallar

Cari və potensial mikromaliyyə müştərilərinin maliyyə savadlılığının artırılması üçün artıq altıncı ildir DÜŞÜN, BORC AL! kampaniyası keçirilir. Kampaniya bu il də oktyabr ayı boyunca davam edir.

 

Reklam_3_11

Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilir.

 

Kampaniya bu il Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Monteneqro, Gürcüstan, Polşa, Kosovo, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna və Yunanıstan da daxil olmaqla, 16 ölkədə həyata keçirilir.

 

Azərbaycanda oktyabr ayı ərzində Kampaniyanı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) dəstəkləyir.

 

 Azərbaycan Mikromaliyyə Assosiasiyasndan "Marja"ya daxil olmuş məlumatda deyilir ki, DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqdır. Kampaniyanın bəzi materialları ilə AMFA-nın Facebook səhifəsini izləyərək tanış ola bilərsiniz.

 

AMFA Kampaniya çərçivəsində nə planlaşdırır?

 

AMFA komandası müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdıracaqdır. Təşkilat veb səhifəsində və digital platformalarında aşağıdakı 5 əsas suallara cavab verən postlar paylaşılır və müxtəlif materiallar hazırlanır:

 

- Nə qədər borc götürməli olduğumu necə təyin edə bilərəm?

- Nə qədər ödəyəcəyimi bilirəmmi?

- Mən müqaviləni tam başa düşürəmmi?

- Bankdan narazıyamsa nə etməliyəm?

- Borcun məbləğini necə idarə edə bilərəm?

 

Geniş ictimaiyyətin istifadəsi üçün MFC onlayn şəkildə ev təsərrüfatının Maliyyə Sağlamlığının Yoxlanması üçün alət təqdim edir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir.

 

Qeyd edək ki, bu ildən etibarən MFC tərəfindən mikro və kiçik bizneslərin Maliyyə Sağlamlığının Yoxlanması üçün yeni alət hazırlanmışdır və test mərhələsindədir. İstifadəçilərdən toplanan rəylər əsasında alət növbəti illər üçün daha da təkmilləşdiriləcəkdir.

 

Siz də müvafiq olaraq 13 və 24 suala cavab verərək ev təsərrüfatınızın və ya biznesinizin maliyyə sağlamlığını qiymətləndirə bilərsiniz. Alətlərdən istifadə etdikdən sonra fikir və təkliflərinizi [email protected] elektron poçt ünvanına yazaraq bizimlə bölüşə bilərsiniz.

 

#2019BWC  #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı AMFAMFC-nin sosial şəbəkə hesablarında daha yaxından izləyə bilərsiniz.

 

Kampaniya haqqında hər hansı sualınız yaranarsa, [email protected] elektron poçt ünvanına yazaraq layihə köməkçisi Ləman Haqverdiyeva ilə əlaqə saxlaya bilərsiniz.

22.10.2019 11:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ