“Ceyrançöl” 2400 hektarda bağ salacaq
Şəmkir Bələdiyyəsinin nəzdində yaradılan iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də əkin sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılır. Yaz-tarla işlərinə başlanılan təsərrüfatda 200 hektar sahədə yazlıq taxıl səpilib. Müasir texnikalar vasitəsi ilə cari ildə 1000 hektarda qarğıdalı, 2000 hektarda payızlıq taxıl, 5600 hektar sahədə növbəlilik əkin prinsipi qorunmaqla müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi, eləcə də 2400 hektarda bağ salınması nəzərdə tutulur. Bununla da 8 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi planlaşdırılır.
MMC-nin direktoru Elşad Hüseynov bildirib ki, bu il əkilən taxıl sahələrini biçib qurtardıqdan sonra, həmin ərazilərdə senajlıq qarğıdalı əkini planlaşdırılır. Bu isə heyvandarlığın inkişafı istiqamətində görülməsi vacib olan işlərdəndir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl